web-1

Bu sətirləri oxuyana – Minnətdaram!

Mənim yaradıcılığıma diqqətini və vaxtını ayırana təşəkkür edirəm.

Mənim 63 yaşım var, təqaüdçüyəm, Bakı ş. 55 yaşımda rəssamlıqla məşğul olmağa başlamışam və indiyə qədər bu sənət məni özünə cəlb edir. Bütün bu illər ərzində onlarla tablo çəkmişəm. Mövzunun seçilməsinə, əsasən də son illərdə, xüsusi diqqət yetirirəm.

Gerçəkliyə diqqət yetirmək, hər zaman keçmişi xatırlamaq, gələcəyə baxmaq, bir sözlə – Görmək. Elə çəkməyə çalışıram ki, Siz – tamaşaçılar, ötən dəfə baxdığınızda görmədiyiniz detalı bu gün görəsiniz, cazda olduğu kimi – sanki dəfələrlə dinlənilib, amma bugünkü notlar fərqli səslənir. Başqa sözlə desək, işlərimdən yaranan enerji ilə Sizin ruhi vəziyyətinizi tamamlamaq.

Ətraf mühitdə məni cəlb edən hər şey konkret işimdə əks olunur. Bu, mənə yerimdə saymamaq üçün güc verir və nəticə olanda, hətta şah əsəri olmasa belə, yaratdığım hər yeni tablo mənə məmnunluq gətirir. Hər gün rəssamlığın incəlikləri ilə üz-üzə gələndə bütün detalları – rəng kontrastlarını, texnologiyanı fikirləşərək, fantaziyadan istifadə edərək, Yaradanın köməyi ilə çıxılmaz vəziyyətdən çıxaraq, özün üçün onun sirlərini açmaq – əsas mətləbdir. Bu, mənə həyatdan aldığım zövqü bəxş edir.

Bu kataloqda təqdim etdiyim işlərə gəldikdə isə, onları M.Lomonosovun “Mənim universitetlərim” əsəri kimi təsəvvür edirəm.

Təşəkkül prosesində nə edəcəyimi, hansı yolla gedəcəyimi seçə bilmirdim. Bircə onu bilirdim ki, səbirli olub çalışmaq lazımdır. Mənim müəllimim – Zəhmətdir.

Vətənimin bütün vətəndaşları kimi, öz Vətənimi sevirəm.

Rəhbərimiz dediyi kimi, “Fəxr edirəm ki, Azərbaycan xalqının oğluyam!

Mənim ruhi vəziyyətim hədsizdir, çünki hər zaman başçısı olduğum böyük ailəyə sevgi ilə doludur.

Gördüklərinizə xoş əhval-ruhiyyə ilə baxmaq arzusu ilə, sağollaşıram.

 

Hörmətlə,

Asif Cəlal

01.02.2014